Главная > Siyasət > Yalan ayaq tutar, yeriməz

Yalan ayaq tutar, yeriməz


27-04-2021, 16:32. Разместил: yeni321
Yalan ayaq tutar, yeriməz
 
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanət yayıb. Bəyanatda göstərilr ki, “Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğatı və havadarları Osmanlı imperiyasında “erməni soyqırımı” törədildiyini sübut etmək və bütün dünyanı buna inandırmaq üçün dəridən-qabıqdan çıxır. Həqiqət isə budur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq, səfalət üzündən çoxlu sayda erməni həyatını itirib. Hamı çox yaxşı bilir ki, bu dövrdə ermənilərdən daha çox türk həlak olub. Bu məsələnin reallığını açmaq üçün tarixə müraciət etmək insanlara çox bilgilər verəcək. Odur ki, bu iş tarixçi alimlərə tapşırılmalıdır. Əslində isə bu  soyqırım həqiqətləri bütün dünyaya bəllidir.
Rəsmi İrəvan məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi absurt iddialar irəli sürür. Hamı bilir ki, bu iddialar təkcə qardaş Türkiyəyə deyil, onlar Böyük Ermənistan”a, dənizdən-dənizə torpağa sahib olmaq üçün Gürcüstandan, Azərbaycandan, hətta Rusiyadan da iddiası var.
Uzun illər Azərbaycana qarşı həyata keçirilən təxribatlar nəticəsində on minlərlə soydaşımız qətlə yetirilib. Ermənistan dövlətçiliyi Azərbaycanın qədim torpaqları üzərində ixtişaş tapıb. Təkcə 1918-ci ildəki mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Xocalı soyqırımını unutmaq olarmı? Bir milyon azərinin dədə-baba torpağından didərgin salınmasını Qarabağdakı vandalizmi dünya dövlətləri görmürmü?
Ermənilər həmişə məkrlə yaşayıblar. Gözümlə gördüyüm bir fakt heç vaxt yadımdan çıxmır. Kəndimizin qədim qəbiristanlığında bir neçə qoç fiquru vardı. Sovetlər dövründə ermənilər kəndimizə maşınlarla kartof gətirirdilər. Kənd sakinləri onları gecələməyə dəvət etsələr də təbiətin qoynunda “istirahət etməyə” üstünlük verib həmin qəbiristanlığın kənarındakı yolda maşındaca gecələyirdilər. Bir müddət sonra onlar kəndə gəlmədilər. Məlum oldu ki, həmin qoç fiqurlarını kartof kisələrinin altında gizlədib özləri ilə aparırlarmış. Sonra da dünyaya yayırdılar ki, erməni xalqı qədimdir, görün bu fiqurların min illərlə yaşı var.
İndi dünyaya demokratiya dərsi keçən ABŞ erməni faşistlərinə himayədarlıq göstərir, dünən hakimiyyətə gələn, tarixdən bixəbər ABŞ prezidenti Bayden nə tez “erməni soyqırımı”nın tarixini öyrəndi? Yaxşı olardı ki, Co Bayden və “Tarixi həqiqətlər”in axtarışında olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin haqqlarını istəyərdilər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında, ədalətin, həqiqətin işığında reallığa söykənərək ABŞ prezidentinin qondarma “erməni soyqırımı”na dair ədalətsiz mövqeyini pisləyirlər. Bu məsələ təkcə siyasi partiyaların üzvlərini deyil, bütün Azərbaycan xalqını hiddətləndirir. Dünyanın bütün sülhsevər qüvvələri “erməni soyqırımı” məfhumunu yalan və böhtan üzərində qurulduğunu yaxşı bilir.
Atalar sözü var: Yalan ayaq tutar, yeriməz.
                                                                           Fəmail RƏHİMOV,
                                                        Masallı rayonu, Rüdəkənar kənd sakini,
                                                                  veteran müəllim.
 


 шаблоны для dle 11.2
Вернуться назад