Главная > Siyasət > Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib
Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib27-04-2021, 17:13. Разместил: yeni321 |
Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli akademik, həkim oftolmoloq Zərifə xanım Əliyevanın 98-ci ildönümü münasibəti ilə “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib. Mövcud Pandemiya ilə bağlı karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Mərkəzin əməkdaşları və Masallı rayon Mərkəzi Xəstəxanasının göz həkimi Gülnarə Məmmədova iştirak edib. İlk öncə Şəhidlərimizin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib. Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün Azərbaycan tibb elmində silinməz izlə r qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. Sonra çıxış üçün söz Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. O, geniş məruzəylə çıxış edərək bildirib ki, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Analıq isə onun ömrünün zirvəsi idi, onun qadın gözəlliyini, qadın zənginliyini tamamlayırdı. Zərifə xanım Əliyeva, övladlarına vətəni sevməyi öyrətmişdi. Tədbir çərçivəsində Gülcahan Vəkilzadə qeyd edib ki, Azərbaycanın 30 illik işğaldan sonra əldə etdiyi böyük zəfərdə bir ananın verdiyi bu öyüdün, bu tərbiyənin zirvəsini gördük. Daha sonra Masallı rayon Mərkəzi Xəstəxanasının həkimi Gülnarə Məmmədova çıxış edib. O qeyd edib ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtlı kəndində görkəmli alim, elm adamı, dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Atasına sevgisi onun sənət seçimini də müəyyən edib. Azərbaycan Tibb İnstitutunda, sonra Moskvada təhsil alıb. Malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atasının estafetini uğurla davam etdirib. Sonra oftalmologiyanın elmi cəhətdən az öyrənilən sahəsi – görmə orqanının patologiyası ilə məşğul olub. İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparıb, ilk elmi-tədqiqat laboratoriyası yaradıb, “Peşə oftalmologiyası”nın əsasını qoyub. Moskvada doktorluq dissertasiyası müdafiə edib. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Əcnəbi həmkarları onu “Oftalmologiyanın mirvarisi” adlandırıblar. Tədbirin sonunda həkim Gülnarə Məmmədova ilə göz xəstəlikləri haqqında diskussiya aparılıb. Həkim Gülnarə Məmmədova iştirakçılar tərəfindən verilən sualları cavablandırıb. www.yeniheyet.az Вернуться назад |