Главная > Siyasət > Masallıda “İşıqlı ömür” mövzusunda onlayn görüş

Masallıda “İşıqlı ömür” mövzusunda onlayn görüş


27-04-2021, 22:44. Разместил: yeni321

Masallıda “İşıqlı ömür” mövzusunda onlayn görüş

 

YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98 illiyi münasibəti ilə “İşıqlı ömür” mövzusunda fəal qadınlarla onlayn görüş keçirilib.
 Onlayn tədbir öncəsi şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının şura üzvü Gülşən Xəlilova gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftolmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov, şura üzvləri Dilarə Hüseynova, Xanım Əliyeva, Məhbubə Şahbazova və Ülviyyə Səfərovanın çıxışları dinlənilib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад