Главная > Siyasət > “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib
“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib28-04-2021, 15:02. Разместил: yeni321 |
![]() Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib. Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Lerik şəhər və rayonlarının icra hakimiyyətləri, idarə və müəssisələrinin nümayəndələri, o cümlədən din xadimlərinin qatıldığı videokonfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, özünün mənəvi dəyərlərini qoruyub saxlayıb, ona ən qiymətli sərvəti kimi yanaşıb. ![]() Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Səyyad Salahlı 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı. ![]() Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev tədbir iştirakçılarını İslam dininin müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək bildirib ki, heç şübhəsiz, builki Ramazan ayını qalib xalq kimi qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. İllər öncə hüquqları pozulmuş, ərazilərinin 20 faizi əlindən alınmış, 1 milyondan çox əhalisi məcburi köçkün edilmiş xalqımız 30 ildən sonra Vətən müharibəsində qələbə qazanmaqla tapdanmış ədaləti bərpa etdi. Ceyhun Əliyev düşmən işğalından azad edilmiş Ağdam şəhərinə səfərini xatırladaraq vəhşi münasibət sərgilənmiş yaşayış yerləri və tarixi-mədəni abidələr, xüsusilə Ağdam Cümə məscidinin məruz qaldığı dəhşətli erməni vandallığı barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. ![]() Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Salyan Rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Ayaz Hüseynov, Lənkəran rayonu Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb. www.yeniheyet.az Вернуться назад |