Главная > Siyasət > Masallıda şəhidin anım mərasimi keçirilib

Masallıda şəhidin anım mərasimi keçirilib


28-04-2021, 15:29. Разместил: yeni321
Masallıda şəhidin anım mərasimi keçirilib

Masallı şəhər S.Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində Birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Sakit Abusalam oğlu Tağıyevin (1964-1994) anım mərasimi keçirilib.
Pandemiya qaydaları gözlənilməklə, qəhrəmanın adını daşıyan məktəbdəki büstü qarşısında keçirilən mərasimdə dil-ədəbiyyat müəllimi Şahin Səmədli, hərbi müəllim Rafiq Abbasov şagirdlərə şəhidin döyüş yolu barədə məlumatlandırıblar.
Vurgulanıb ki, indi Sakit Tağıyevin də, digər Birinci Qarabağ döyüşündə həlak olan şəhidlərin də ruhları şaddır ki, 44 günlük Vətən müharibəsində igid oğullarımız onların qisasını alaraq, uğrunda can verdikləri torpaqları düşmən işğalından azad etdilər.
Sonra şagirdlər Sakit Tağıyevə və digər şəhidlərə aid şeirlər səsləndiriblər.
                                       
www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад