Главная > Siyasət > Ulu Öndər hər zaman kitaba, təhsilə xüsusi önəm verib

Ulu Öndər hər zaman kitaba, təhsilə xüsusi önəm verib


11-12-2017, 22:09. Разместил: yeni321
 
Ulu Öndər hər zaman kitaba, təhsilə xüsusi önəm verib



 Bu gün, dekabrın 11-də “Azərkitab–Kitab Təbliğatı Mərkəzi”ndə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

Mərkəzdən bildirilib ki, qurumun əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb. 
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Sabir Həsənov Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açmış, onun ad günündə fəaliyyətə başlamış “Azərkitab–Kitab Təbliğatı Mərkəzi”nin Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Vurğulanıb ki, Ulu Öndərin kitaba, təhsilə verdiyi qiymət mərkəzimizin fəaliyyət proqramı kimi qəbul edilib.


Sonra tədbirdə iştirak edən elm, mədəniyyət xadimləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. AZƏRTAC.
   
шаблоны для dle 11.2
Вернуться назад