Главная > Siyasət / Təhsil / Səhiyyə > Masallıda onlayn tədbir – “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları“

Masallıda onlayn tədbir – “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları“


1-05-2021, 12:22. Разместил: yeni321
Masallıda onlayn tədbir – “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları“ 

R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları“ mövzusunda onlayın tədbir keçirilib.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarının İşləri üzrə baş inispektoru Samid Əliyev, Tüklə kənd və Ərkivan qəsəbə 2 saylı tam orta məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edilib.
Sonar Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi  Əntiqə Tağıyeva çıxışında bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrdən istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biridir. Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır, narkotiklərdən istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas alır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi gəncin özü, ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olduğunui bildirən Ə.Tağıyeva vurğulayıb ki, təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir.
Masallı RPŞ-nin YYÇİ üzrə baş inispektoru Samid Əliyev çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran qlobal problemlərdən olduğunu, Azərbaycanda uzun illər ərzində narkomaniyaya və insan alverinə qarşı ciddi mübarizə tədbirləri görüldüyünü, ölkə bu sahədə beynəlxalq əməkdaşlığa da töhfə verdiyini söyləyib. O, Ölkə başçısının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün milli Fəzliyyət Planı” Dövlət Proqramlarının narkomaniyaya, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi uçun hazırlandığını bildirib. 3 il ərzində rayon ərazisində narkomaniya və insan alveri ilə bağlı açılmış cinayətlər barədə məlumat verən Samid Əliyev dövlət tərəfindən “ağ ölüm”ə qarşı mübarizənin aparılmasında polisin mövqeyini və bilavasitə valideynlərin üzərinə düşən məsuliyyətdən danışıb. O, bu fəsadların aradan qaldırılması üçün ailə, polis və məktəb birliyinin vacilibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bir çox bəlaların qarşısının öncədən alınması daha böyük bəlalardan uzaqlaşmaq deməkdir. Yeniyetmə və gənclər arasında düzgün təlim-tərbiyə işlərinin aparılması onları gələcəkdə başlarına gələcək fəsadlardan qoruyur. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir.”
Tüklə kənd orta məktəbin direktoru Hakim Qurbanov, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Əbülfəz Əsədov və başqaları yeniyetmələri bu cür bəlalardan çəkindirmək istiqamətində təhsil ocaqlarının, pedaqoji işçilərin böyük rolu olduğunu söyləyiblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад