Главная > Siyasət > Masallı MKTİB-yə yeni rəis təyin olunub

Masallı MKTİB-yə yeni rəis təyin olunub


7-05-2021, 16:07. Разместил: yeni321
Masallı MKTİB-yə yeni rəis təyin olunub

Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Xudayar Canəli oğlu Həsənov Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin olunub.
Xudayar Həsənov 8 mart 1958-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1983-1985-ci illərdə 39 nömrəli Təsərrüfat hesablı tikinti qurşdırma idarəsində usta, 1985-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Masallı Rayon Komitəsinin ikinci katibi, 1987-1990-cı illərdə Masallı rayon Göyəçöl kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1990-1992-ci illərdə Masallı rayon “Komsomol” sovxozunun direktoru, 1992-1996-cı illərdə Masallı şəhər Abadlıq Kombinatının direktoru, 1996-2001-ci illərdə 44 nömrəli Təmir-Tikinti İdarəsinin rəisi işləyib. 2001-2012-ci illərdə Göyəçöl kəndində fərdi əməklə məşğul olub, 2012-2016-cı illərdə “Sulaco” MMC “ 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin bərpası” layihəsi Masallı şəhər Su və Kanalizasiya çəklişində sahə mühəndisi-tikintiyə nəzarətçi və 2018-2021-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazisi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışıb.
2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад