Главная > Siyasət > Masallının "Qəhrəmanlar Parkı" yenidən qurulub

Masallının "Qəhrəmanlar Parkı" yenidən qurulub


7-05-2021, 19:59. Разместил: yeni321
Masallının "Qəhrəmanlar Parkı" yenidən qurulub 

Masallı Rayon İcra Hakimiyyəti və millət vəkili Məşhur Məmmədovun dəstəyi ilə birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşən, şəhidlik zirvəsinə ucalan Masallı igidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb.
Abidə Qəhramanlar parkında yerləşir. Abidə üzərində şəhidlərimizin ad və soyadları həkk olunub.
Bir aydan çoxdur ki, işlər sürətlə davam etdirilir. İşlərə şəxsən Milli Məclisin deputatı Məhşur Məmmədov və rayon rəhbərliyinin məsul əməkdaşları nəzarət edir. Növbəti həftələrdə rayon rəhbərliyi, millət vəkilləri və şəhid ailələri ilə birlikdə pandemiya və karantin qaydalarına əməl etməklə abidənin açılışı nəzərdə tutulur.
Masallıda şəhid ailələrinə diqqət hər zaman yüksək səviyyədə olmuşdur. Rayon rəhbəri Şahin Məmmədov və millət vəkili Məhşur Məmmədov hər zaman şəhid ailələrinin yanında olur, onların problemləri ilə maraqlanır, qayğılarına qalırlar. Şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, doğum və anım günləri qeyd olunur.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад