Главная > Siyasət > Masallıda veteran rabitəçi evində ziyarət olunub

Masallıda veteran rabitəçi evində ziyarət olunub


7-05-2021, 21:25. Разместил: yeni321
Masallıda veteran rabitəçi evində ziyarət olunub

9 May – faşizm üzərində qələbənin 76-cı ildönümü ərəfəsində Böyük Vətən müharibəsi (1941-1945) dövründə müstəsna xidmətləri olmuş, Prezident təqaüdçüsü, Masallı rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, 17 il rayon rabitəsinə rəhbərlik etmiş veteran rabitəçi Məmmədhüseyn Lətif oğlu Həsənov evində ziyarət olunub.
“Azərpoçt” MMC-nin Masallı Poçt filialının rəisi Səfalı Paşayev və HİK sədri Dədəkişi Quliyev pandemiya qaydalarına əməl etməklə veteran rabitəçi ilə görüşərək, onu bayram münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıblar.
Respublika Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev tərəfindən göndərilmiş bayram sovqatı veterana təqdim edilib.
93 yaşlı Prezident təqaüdçüsü göstərilən diqqət və qayğıya görə Dövlətimizin başçısına və həmkarlarına minnətdarlığını bildirib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад