Главная > Siyasət / Mədəniyyət > “ŞUŞA MƏDƏNİYYƏTİMİZİN PAYTAXTIDIR”

“ŞUŞA MƏDƏNİYYƏTİMİZİN PAYTAXTIDIR”


8-05-2021, 19:05. Разместил: yeni321
Masallıda onlayn tədbir – “Şuşa mədəniyyətimizin paytaxtıdır”

R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Şuşa mədəniyyətimizin paytaxtıdır” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə muzey əməkdaşları, Şuşa sakini Rafiq Abbasov və Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İlk olaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışına Ulu öndər Heydər Əliyevin bu fikri ilə başlayıb: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Ə.Tağıyeva vurğulayıb ki, Şuşanın bizə qaytarılması artıq 8 mayı hüzn günü kimi yox, qələbə əzmli bir anım günü kimi qeyd edirik. Şuşa Azərbaycanın qədim mədəniyyət ocağı olaraq hər birimiz üçün dəyərli məkandır. Möhtəşəm Zəfərdən sonra dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri bütün Qarabağı, o cümlədən qədim Şuşamızı yeni və müasir şəkildə görməyimizə şərait yaradacaq.
Muzeyin elmi işçisi D.Məmmədova çıxışında bizə qələbəni qazandıran igidlərimizin valideynlərı və qazilərinə bugünkü sevinc hissınə görə mənnətdarlıq ifadə edərək, 30 illik dərdimizi qısa bir zaman kəsiyində zəfər sevinci ilə əvəz edənlərə hər zaman borclu oldugumuzu səsləndirib. O, Şuşa qələbəsini Azərbaycan igidlərinin Qarabagın gerı qaytarılması ugrunda apardıqları mübarizənin qəhramanlıq meydanı olduğunu söyləyib. D.Məmmədova cıxışının sonunda tədbır iştirakcılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Şuşa sakını Rafiq Abbasov Şuşa və Şuşa mədəniyyət nümünələrı haqqında geniş məlumat verərək, bu gün özünü cox xoşbəxt hiss etdiyini söyləib. Böyük fərəhlə Şuşaya qədəm basacagı günü gözlədıyini, artıq “Şuşa bizimdir” ifadəsini rahat səsləndirə bildiyinə görə ölkə başcımız İlham Əliyevə və mərd qəhrəmanlarımıza təşəkkürünü ifadə edib.
Tədbirin sonunda muzey fondundakı Şuşa və Şuşa mədəniyyətini özündə əks etdirən foto materiallar onlayn formada sərgilənib.
 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад