Главная > Siyasət > Masallıda Ulu Öndərin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası

Masallıda Ulu Öndərin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası


9-05-2021, 15:25. Разместил: yeni321
Masallıda Ulu Öndərin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyəçöl kənd ərazisində ağacəkmə aksiyası keçirilib.
Mayın 9-da təşkil olunan aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, fəal gənclər, könüllülər, ictimaiyyət, ayrı-ayrı kollektiv və KİV nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri Ş.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilib. -Əkilən qalandır. Ağacı əkmək əsas deyil. Təzə əkilən ağaclar mühafizə olunmalıdır. Bu işlər davam etdirilməlidir,-deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov qeyd edib.
İcra başçısı, millət vəkilləri ağaclar əkib, dibini suvarmışlar.
İməcilik əsnasında gənc könüllülərdən Vüsalə İmanova, Aytəkin Nağıyeva və Anar Əzimli ilə görüşüb dəyərli, zəngin dövlətçilik və vətənpərvərlik movzusunda məsləhətlərini verən RİH başçısı onlara təşəkkür edib.
Qeyd edək ki, Ümummilli Liderin xatirəsinə həsr olunmuş ümumrayon ağacəkmə aksiyası çərçivəsində birinci gün iməcilik iştirakçıları tərəfindən 350 ədəd ağac əkilib. Həmin ağaclardan 300 ədədi sərv və 50 ədədi eldar şamı ağaclarıdır. Əkilən bu ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə bu gün keçirilən iməcilik 10 may 2021-ci il tarixdə davam etdiriləcək. Belə ki, sabah Masallıda 1500 ədəd müxtəlif növ ağac əkilməsi planlaşdırııb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад