Главная > Siyasət > Masallıda “Qəhrəmanlar Parkı”nın yenidənqurmadan sonra açılışı
Masallıda “Qəhrəmanlar Parkı”nın yenidənqurmadan sonra açılışı10-05-2021, 15:22. Разместил: yeni321 |
![]() Masallıda “Qəhrəmanlar Parkı”nın yenidənqurmadan sonra açılışı Mayın 10-da Masallı şəhərində Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən “Qəhrəmanlar Park”ı yenidən qurulub istifadəyə verilib. Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin əməkdaşları, ağsaqqal və gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. ![]() ![]() Bildirib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildi. Bu yolda şəhidlər verdik. Şəhidlərimizin qəhrəmanlığı sayəsində qələbə sevinci yaşadıq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Sonra Qəhrəmanlar Parkının açılışı olub. Ara məsafəsi gözlənilmək şərti ilə keçirilən tədbir iştirakçıları adları qara mərmər lövhəsinə kəkk olunan abidənin önünə gül dəstələri düzərək, şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad ediblər. www.yeniheyet.az Вернуться назад |