Главная > Siyasət / Manşet > Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı


12-12-2017, 15:12. Разместил: yeni321
 

Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı


 Bu gün Masallı şəhər Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilib.
 Səhər saatlarından başlayan anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, Masallı Dövlət Regional Kollecinin tələbələri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək ulu öndər Heydər Əliyevin abidəsinin önünə təzə-tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər, ruhuna dualar oxuyublar.
 Anım mərasimdə iştirak edənlər, Azərbaycan xalqının ümummilli liderini müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildiriblər. 
Anım mərasimi axşam saatlarına kimi davam edib.

 
 “Yeni həyat”,
  www.yeniheyet.az 
 
шаблоны для dle 11.2
Вернуться назад