Главная > Siyasət > Şəhid əsgər Elgün Mikayıllı - 20

Şəhid əsgər Elgün Mikayıllı - 20


14-05-2021, 19:32. Разместил: yeni321

 

Şəhid əsgər Elgün Mikayıllı - 20

 
Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və başqaları Masallı rayon Xıl kəndində Şəhid Mikayıllı Elgün Aqil oğlunun anadan olmasının 20-ci ildönümü ilə əlaqədar məzarını ziyarət edərək üzərinə tər gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Qeyd edək ki, “Vətən müharibəsi” şəhidi Mikayıllı Elgün Aqil oğlu 2001-ci may ayının 3-də Masallı rayonunun Xıl kəndində dünyaya göz açmışdır. İgid əsgərimiz 2020-ci ilin oktyabr ayının 14-də Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Mikayıllı Elgün Aqil oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.шаблоны для dle 11.2
Вернуться назад