Главная > Siyasət / Manşet > Masallıda ulu öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Masallıda ulu öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib12-12-2017, 15:51. Разместил: yeni321 |
Masallıda ulu öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib Bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçsı Rafil Hüseynov ulu öndərin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb. Rayon rəhbəri qeyd edib ki, azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən xalqımızın dahi rəhbəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il ötsə də, onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibələrin və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir. Konfransda “Masallı Ziyalıları” İctimai Birliyinin sədri, YAP rayon təşkilatının Şura üzvü Qardaş Fətullayevin məruzəsi dinlənilib. Məruzəçi dahi şəxsiyyətin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti barədə danışıb. Şərəfə kənd tam orta məktəbinin müəllimi Sərmayə Musayeva, Masallı Dövlət Regional Kollecinin metodisti Baba Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru, YAP rayon təşkilatı Qadınlar Şurasının üzvü Dilbər İbayeva çıxışlarında bildiriblər ki, xalqımızın ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə qayıdan Azərbaycanın görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb, dövlətçiliyimizi məhv olmaqdan xilas edib. Konfransı yekunlaşdıran RİH başçısı Rafil Hüseynov vurğulayıb ki, bütün ruhu, varlığı ilə öz xalqına bağlı olan ulu öndərin irsi, arzuları, bizə öyrətdiyi dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik əmanəti hamımızın qəlbində daim yaşayacaqdır. Вернуться назад |