Главная > Siyasət / Mədəniyyət / Dünya Xəbərləri > “Xarıbülbül” festivalı – Zəfərimizin təntənəsi

“Xarıbülbül” festivalı – Zəfərimizin təntənəsi


17-05-2021, 18:51. Разместил: yeni321
“Xarıbülbül” festivalı – Zəfərimizin təntənəsi

32 il öncə “Xarıbülbül” musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilib. Hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə təşkil olunan festiva təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunub.
Bu il, Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdəndir.
“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək...
Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Bu sözləri Ölkə rəhbəri mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının açılışındakı çıxışında bildirdi.
Qədim mədəniyyət beşiyi Şuşa 29 ildən sonra əsrarəngiz Cıdır düzündə doğmalarını, qonaqlarını qarşıladı.
Respublika Prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni Azərbaycan olduğunu, hər bir vətəndaşın bu torpaq uğrunda yaşadığı mesajını dünya ictimaiyyətinə çatdırdı.
Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfə keçirilən musiqi festivalı böyük siyasi və mədəni əhəmiyyyət kəsb elədi. Budəfəki festival uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu oldu. “Xarıbülbül” musiqi festivalı Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz uğurların tərənnümünə, Müzəffər Ordumuzun əzmkarlığı, şəhidlərimizin qanı bahasına qazanılan tarixi Zəfərimizin təntənəsinə çevrildi.
Festival növbəti dəfə xalqımızın milli birliyini nümayiş etdirdi. Bir daha bütün dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu göstərdik. Vandal ermənilərin ötən illərdə Cıdır düzündəki xislətlərinə məxsus “hərəkətlərinə” şiddətli cavabımıza müvəffəq olduq. Akif AĞAYEV. шаблоны для dle 11.2
Вернуться назад