Главная > Siyasət > Masallıda bayraq aksiyası

Masallıda bayraq aksiyası


25-05-2021, 15:48. Разместил: yeni321
  Masallıda bayraq aksiyası 
 
28 May - Respublika Günü  ilə əlaqədar
 
      Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər ərazisində, Heydər Əliyev  və Şah İsmayıl Xətayi parklarında 28 May - Respublika Günü  ilə əlaqədar bayraq aksiyası təşkil edilib.
Gənc könüllülərin iştirakı ilə keçirilən aksiya şəhər əhalisi və gənclər tərəfindən rəğbətlə qarşılanıb.
       Aksiyanın keçirilməsində  məqsəd Respublika gününün mahiyyəti haqda ətraflı təbliğat aparmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və          44 günlük Vətən müharibəsi dövründə  ordumuzun qazandığı uğurların gənclər arasında təbliği, həmçinin gənclərin  bayrağa olan sevgisini  daha da gücləndirmək və hər evdə ən azı bir bayrağın olmasından ibarət olub.
     Aksiya çərçivəsində təşkilat komitəsi tərəfindən 50-dən çox kiçik ölçülü bayraq paylanılıb.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад