Главная > Siyasət > Ulu Öndərin əziz xatirəsini daim uca tuturlar - Cəbrayılın Cocuq Mərcanlı kəndində
Ulu Öndərin əziz xatirəsini daim uca tuturlar - Cəbrayılın Cocuq Mərcanlı kəndində12-12-2017, 19:21. Разместил: yeni321 |
Ulu Öndərin əziz xatirəsini daim uca tuturlar Cəbrayılın Cocuq Mərcanlı kəndində Xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri tərəfindən daim uca tutulur. Cocuq mərcanlılılar ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmur, bu dahi insanın ruhuna sonsuz ehtiram nümayiş etdirirlər. AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı respublikamızın bütün bölgələrində olduğu kimi, Cəbrayılın Cocuq Mərcanlı kəndində də anım mərasimi keçirilib. Kənd sakinləri, müəllim və şagirdlər Ulu Öndərin məktəbdəki büstü önünə tər gül dəstələri qoyaraq, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız üçün gördüyü misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı ilə respublikamızda bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələ başlandı. Ulu Öndərin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə Füzuli rayonunun 21 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Diqqətə çatdırılıb ki, Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Uzun illər köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinləri doğma yurdlarına qayıtdılar. Artıq Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi də başa çatıb. Tezliklə daha 100 ailə öz doğma yurduna dönəcək. Çıxışlarda ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, işğal altında olan digər torpaqlarımızın da Ali Baş Komandanın rəhbərliyi ilə azad olunacağına inam ifadə edilib. Tədbirdə məktəblilər ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər. Вернуться назад |