Главная > Siyasət > Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri

Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri


26-05-2021, 14:24. Разместил: yeni321
Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri

Mayın 20-də Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri  keçirilib. Müzakirələrdə müxtəlif ölkələrin sabit  prezidentləri, Baş nazirləri, habelə yüksək  vəzifəli şəxslər,tanımmış ictimai-siyasi xadimlər,diplomatlar və s.insanlar iştirak ediblər. Dünya bankının sabit vitse-prezidenti,NizamiGəncəvi Beynəlxalq Mərkəzinin həm sədri İsmail Seragəldin çıxış edərək deyib:bu mərkəz üçün böyük  bir gündür.Bizlər çox şadıq ki,Cənab Prezident İlham Əliyev bizim tədbirə qoşulub.Cənab Prezident siz hələ səkkiz il bundan öncə,Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılmasına dair tapşırıq verdiniz. Bu quruma üzvlər qoşuldu və  idarə heyəti yaradıldı.
Dövlətimizin başçısıda çıxışında ölkəmizin regiondakı roluna aydınlıq gətirdi ,planlar haqqında danışdı.Cənab Prezident qarşıda duran mühüm məsələlərin həlli yolunda inamlı işlər görüldüyünü vurğuladı.Sözü gedən müzakirələri yüksək qiymətləndirən Prezident İlham Əliyev artıq tarixə çevrilmiş Qarabağ münaqişəsindən ətraflı danışdı. Ermənilərin onlara aid olmayan ərazisini 30 il işğal altında saxlaması və küllü miqdarda vurduğu istər maddi,istərsə də mənəvi regionlardan söhbət açdı.Prezidentin çıxışından sonra bir neçə vəzifəli şəxslər çıxış etdilər.Tədbirin sonunda Cənab Prezident hər kəsə dərin təşəkkürünü bildirərək onları Bakıda gözlədiyini söylədi.Onlarda bu xoş dəvətə cavab olaraq:biz mütləq orda olacağıq deyə cavab verdilər.

Səməd Zeynallı,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.шаблоны для dle 11.2
Вернуться назад