Главная > Siyasət > Erməni xalqı terrorçuların əlində oyuncağa dönüb

Erməni xalqı terrorçuların əlində oyuncağa dönüb


25-05-2021, 18:00. Разместил: yeni321
Erməni xalqı terrorçuların əlində oyuncağa dönüb

Prezident İlham Əliyevin  2021-ci il mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdəki çıxışında “Ermənistanın bugünkü acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir” deməsi ötən əsrin 70-ci illərini yadıma saldı. Həmin illərdə mən universitetdə qiyabi təhsil alırdım. Vaxtımın çoxu Bakıda keçirdi. 8-ci kilometr qəsəbəsində yaşayan bacımın qonşularının əksəriyyəti ermənilər idi. Bir qonşu kimi onların evinə gedirdim. Açığını deyim ki, onların həyat səviyyəsi bizimkilərdən nisbətən yüksək idi. Tanıdıqlarımın əksəriyyəti müəllim, həkim, nazirlik və böyük idarələrdə baş mühasib, kadrlar şöbəsinin müdiri, kassir kimi çalışırdı.
Buna baxmayaraq onda da onların naşükürlüyü hiss olunurdu. Bunun da sonluğunun 90-cı illərdə şahidi olduq. Özlərinin dünyanın ən qədim və sivil xalq olduğunu Azərbaycanın, Gürcustanın, Türkiyənin bəzi torpaqlarının onlara məxsusluğunu yarızarafat, yarıciddi eşitdirirdilər. Elə həmin illərdə Ermənistan dotasiya ilə yaşayırdı. Respublikanın qazancı xalqın yaşamasına belə bəs etmirdi. Ancaq ölkədə geniş quruculuq işləri gedirdi. Hətta İravanda əhalinin sayını saxta yolla bir milyona çatdırıb metro tikintisinin başlanmasına nail oldular.
Müstəqillik qazanandan sonra onların “Böyük Ermənistan” xülyaları üçün “geniş üfüqlər” açıldı. İlk olaraq rus ordusunun gücünə arxalanaraq Azərbaycanın Qarabağ hissəsini və ətraf rayonlarını işğal etdilər. Bu, ermənilərə heç də xoş günlər vəd etmədi. Qarabağa erməni gəlmədi. Çünki bildirdilər ki, onilliklər keçsə də belə torpaqlar əzəli sahiblərinin olacaq. İşğal onlara heç nə vermədi. Onlar özlərini blokadada –bəlada gördülər. Qonşu dövlətlərlə heç bir iqtisadi-siyasi əlaqəsi olmadı. Azərbaycanın xarici layihələrinin iştirakından, xeyrindən kənarda qaldı. Ölkənin xeyli vətəndaşı işsizlikdən  xarici ölkələrə üz tutdu. Necə deyərlər, xalqın boğazından kəsib özünü qorumaq üçün silahlanmaya önəm vermək məcburiyyətində qaldı. Azərbaycan özünün əbədi torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdı. 44 günlük Vətən müharibəsində ermənilərin arzularını, ölkənin ordusunu, iqtisadiyyatını puç etdi. Bu gün Ermənistan ordusu belə yoxdur. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. İndi ermənilər okeanda tənha qalan, hər an dalğaların, fırtınaların qurbanı ola biləcək bir yelkəni  xatırladır.
Buna baxmayaraq yenə də “Qarabağ” atəşi ilə od tutub yanır. Hakimiyyət uğrunda çarpışmalar bu ölkəyə dirçəlib ayağa durmağa imkan vermir. Zəngəzur dəhlizinin açılması onu dünyanın bir çox dövlətləri ilə əlaqə saxlamağa imkan versə də onlar bunu görmək belə istəmirlər..
Nə qədər ki, işğalçılıq siyasəti ermənilərin əsas siyasi olaraq qalsa, onlar bu acınacaqlı vəziyyətdən yaxa qurtara bilməzlər. Azərbaycan Prezidenti, dəmir yumruğu həmişə erməni təcavüzü başında olan Ali Baş Komandan  öz çıxışında bunu tam aydınlığı ilə bildirdi.
İndi Ermənistan papağını qarşısına qoyub fikirləşməlidir. Nə qədər fikirləşib haqqın yolunu tez tapsa xalqı da şübhəsiz ağ günə çıxacaq.

Həsənağa ƏLİYEV, 
AJB-nin üzvü.
 
 шаблоны для dle 11.2
Вернуться назад