Главная > Siyasət / Mədəniyyət / Təhsil > Masallıda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Masallıda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü


1-06-2021, 20:52. Разместил: yeni321
Masallıda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın əməkdaşları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhər 1, 2, 3, 4 saylı, eləcə də «Viləş» və «Şəkərbala» uşaq bağçalarında olub, buradakı şəraitlə yaxından tanış olub.
Tədbirlər başlamamışdan əvvəl Dövlət himni səsləndirilib.
Ara məsafəsi gözlənilmək şərtilə RİH başçısı uşaqlarla, onların tərbiyəsi ilə məşğul olan müəllim və onların valideynləri ilə səmimi söhbət edərək, əlamətdar gün münasibətilə təbrik və xoş arzularını çatdırıb. O, dövlətimiz və Azəbaycan Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam, vətənpərər ruhda, əsl vətəndaş kimi böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait yaradıldığını bildirib.
Sonra rayon rəhbəri məktəblilərin söylədikləri Ana, Vətənimiz Azərbaycan, Ulu Öndər, Qarabağ, qalib Sərkərdə, dostluq və s. haqqında şeirləri dinləyib, mahnılara qulaq asıb, ifa etrdikləri rəngarəng rəqslərinə tamaşa edib.
Bağça kollektivləri əlamətdar bir gündə, körpə balaları təbrik etmək üçün bağçalara gəlməsinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Uşaqlara olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı işlərə görə ölkə başçısı möhtərəm İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar.
Uşaqlarla səmimi görüşən rayon icra başçısı onlarla xatirə şəkilləri çəkdirib.



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад