Главная > Siyasət > Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Moldovada

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Moldovada


12-12-2017, 19:37. Разместил: yeni321

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb 

Moldovada


 
Dekabrın 12-də Azərbaycan Respublikasının Moldovadakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşları, Moldova-Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində önəmli rolunu qeyd edən səfir, Ulu Öndərin ölkəmizə ən çətin dövrdə rəhbərlik etdiyini, respublikamızı tənəzzüldən, böhrandan çıxararaq, inkişaf yoluna qoyduğunu və bütün dünyaya tanıtdığını bildirib.
Qüdsi Osmanov Heydər Əliyevin qoyduğu zəngin irsin, siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib və artıq dünya siyasətində öz mühüm rolunu oynayır.
Türkiyə Respublikasının Moldovadakı səfiri Hulusi Kılıç çıxışında Heydər Əliyevin türk dünyasının fəxri və böyük oğlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanda işlədiyi zaman məhz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində, ölkəmizin gündən-günə çiçəklənməsinin və hərtərəfli inkişafının şahidi olub. “Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, irsi və qurduğu dövlət yaşayır və yaşayacaqdır”, - deyə diplomat bildirib.
Moldova Azərbaycan Konqresinin rəhbəri Vüqar Novruzov Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğını qeyd edərək, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinə, xalqımızın əmin-amanlığına və bütövlükdə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoyublar. Səfirlikdə Ümummilli Liderin xatirəsinə ehsan verilib.шаблоны для dle 11.2
Вернуться назад