Главная > Siyasət / Səhiyyə > Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur

Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur


4-06-2021, 16:08. Разместил: yeni321
Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur

            Dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Koronavirusla mübarizə üçün 20-dən çox xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər. Bu gün ölkəmizdə həmin xəstəxanaların çarpayı fondu artıq 7 mini keçib. Bunu əgər əhalinin sayına görə müqayisə etsək, dünyada ən yüksək göstəricilərdən biridir. Eləcə də, “Yeni kilinika” və modul tipli xəstəxanaların da tikilib istifadəyə verilməsi bu mübarizədə çox əhəmiyyətlidir.
       Xaricdən gətirilən vətəndaşlarla bağlı Azərbaycan təcrübəsi də dünya üçün nümunədir. Dünyanın heç bir ölkəsi xaricdən gələn vətəndaşlarını dövlət hesabına karantində saxlamır. Onlar ev şəraitində karantində saxlanılır. Amma Azərbaycanda xaricdən gətirilən vətəndaşlar dövlət hesabına müasir standartlara cavab verən otellərdə 7-14 gün karantin də saxlanılır. Digər tərəfdən, Azərbaycanda bu xəstələrin müalicə olunması üçün kifayət qədər dərman preparatları xarici ölkələrdən gətirilib. Onların bəziləri Çində, bəziləri Avropa ölkələrində istifadə olunan dərman preparatlarıdır. Ölkəmizdə koronavirus xəstələrinin dərmanla təmin olunmasında heç bir problem yoxdur. Laboratoriyalarda isə,pandemiyanın ilk günlərindən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar moderinizə olundu. Yoluxmanın sürətləndiyi dönəmdə testləşdirmə imkanımız yüksək deyildi. Amma bu gün ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların sayı 20-dən çoxdur. Bu laboratoriyalarda bir gün ərzində 5000-7000 test aparılır. Bu, əhalinin sayı ilə müqayisə də dünyada yüksək göstəricidir.Digər bir müsbət məqam tibbi maska və digər qoruyucu vasitələrin təminatı ilə bağlıdır. Bildiyimiz kimi , ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Amma qısa vaxt ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən müəssisələrin açılışı oldu.
           Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təcrübəsi
dünyada  çox  yüksək  qiymətləndirilir. Bu faktı Ümumdünya Səhiyyə Təşklatının və digər beynəlxalq təşkilatların məlumatlarında görmək mümkündür. Həqiqətən də, Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verir. Bildiyimiz kimi , Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələ ilə bağlı Türk Şurasının və Qoşulmama Hərəkatının onlayn formada Zirvə görüşləri keçirilib. Həmin Zirvə görüşlərində möhtərəm Prezidentimiz koronavirus pandemiyası ilə mübarizə məqsədilə dəyərli təkliflər verib. Bütün dünya Prezidentimizin bu təşəbbüsünü çox yüksək qiymətləndirib.
Bundan başqa, Azərbaycan pandemiya ilə mübarizə üçün 30-a yaxın ölkəyə yardım edib. Hansı ki, həmin ölkələrin bu yardıma çox ehtiyacı var. Eləcə də, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianə köçürülüb.
         Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bir çox ölkələrdə həm diaqnostika, həm müalicə heç də dövlətin hesabına həyata keçirilmir. Azərbaycanda isə hər bir xəstə stasionar şəraitdə dövlət hesabına müalicə alır.

Elçin Ağayev,
 Masallı Dövlət Regional Kolleciшаблоны для dle 11.2
Вернуться назад