Главная > Siyasət / Səhiyyə > Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir
Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir4-06-2021, 16:13. Разместил: yeni321 |
Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırdı. Prezidenti İlham Əliyev bildirdi ki, ölkəmizdə görülmüş səmərəli tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”. Dövlət başçısı qeyd etdi ki, hər zaman humanizm prinsiplərini yüksək tutan ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini beynəlxalq səviyyədə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədi ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq. Ümumiyyətlə, vətənimizdə virusun üzə çıxdığı ilk zamandan etibarən ona qarşı atılan mümkün effektiv və zəruri addımlar ardıcıllıqla həyata keçirilməyə başlanılıb. Dövlətimiz vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların sağlamlığının etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması üçün bütün imkanlardan istifadə edir. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun lazımi işlər görülür. Buna görədir ki, Azərbaycan koronavirusa qarşı effektiv mübarizə aparan və minimum itkilərlə üzləşən ölkələr sırasındadır. Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə Azərbaycanı bu xüsusda dünya ölkələrinə nümunə göstərib. Əsəd Əsədli, Masallı Dövlət Regional Kolleci Вернуться назад |