Главная > Siyasət / Səhiyyə > Azərbaycanın pandemiya ilə mübarizədə dünyaya göstərdiyi nümunə

Azərbaycanın pandemiya ilə mübarizədə dünyaya göstərdiyi nümunə


4-06-2021, 16:32. Разместил: yeni321
Azərbaycanın pandemiya ilə mübarizədə dünyaya göstərdiyi nümunə
 
Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır
Dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında aciz qaldığı  Covid-19 virusununun fəsadları ilə indiyə qədər ən ciddi müqavimət gücü nümayiş etdirən ölkələr sırasında Azərbaycanın adı müsbət mənada fərqlənənlərdəndir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Azərbaycanın lideri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiyadır və beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir.
Məlumdur ki, öz daxilində pandemiya ilə ciddi mübarizə aparan dövlətlərin böyük əksəriyyətinin başı özünə qarışdığından, koronavirus pandemiyasına qarşı həyata keçirilən ümumbəşəri mübarizəyə qoşulmağa heç bir səy göstərmir. Uzağa getməyək, məsələn, Ermənistan kimi. Ermənistan nəinki koronavirusla ümumibəşəri mübarizəyə qoşulmur, hətta heç bir ölkəyə yardım belə təklif etmədi. Əlbəttə, ömrü boyu o dövlətin, bu dövlətin verdiyi ianələrlə dolanan bir forpostun koronavirus pandemiyasına qarşı aparılam ümumibəşəri mübarizəyə qoşulmaması anlaşılandır. Bu mübarizəyə qoşulan dövlətin, ilk növbədə, iqtisadi gücü, humanizm, həmrəylik potensialı olmalıdır. O da ki, bu ölkədə yoxdur.
Diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyərək - "Biz birlikdə güclüyük" demişdi.Azərbaycan xalqı da birləşən gücünü bütün dünyaya göstərdi.
Onu da bildirim ki, Azərbaycan Cənubi Qafqaz respublikaları arasında göstərdiyi humanizmə və ümumbəşəri dəyərlərə sadiq olduğu üçün lider bir dövlətdir.Dövlətimizin bu istiqamətdə bəşəriyyətə verdiyi həmrəylik töhfəsinin bu gün Azərbaycanın bir dövlət kimi dünyada xüsusi yerə, nüfuza malik olmasını bir daha sübut edir.

Könül Qənbərova,
Masallı rayonu,
 Mololon kənd ümumi orta məktəbinin müəllimiшаблоны для dle 11.2
Вернуться назад