Главная > Siyasət / Səhiyyə > Azərbaycan pandemiya dövründə ümümbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir
Azərbaycan pandemiya dövründə ümümbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir4-06-2021, 16:36. Разместил: yeni321 |
Azərbaycan pandemiya dövründə ümümbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınana rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Koronavirus artıq qlobal miqyasda yayıldığından, ÜST-ün onu pandemiya kimi müəyyən etməsi həqiqətin etirafı sayılır. Adətən, pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. ÜST-in Baş Direktoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-in əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal hərəyliyini nümayiş etirilməsinin əhmiyyətini təbliğ etmişdir. Azərbaycanda Covid 19 qarşı vaksinasiya yanvar ayının 18 -dən başlamışdır. Peyvəndlər birinci mərhələdə risk qrupuna aid olan şəxslərə vurulmuşdur . “Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”. Qeyd etmək istərdim ki, hər zaman humanizm prinsiplərini yüksək tutan ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini beynəlxalq səviyyədə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Ölkəmiz bir daha öz humanistliyini göstərərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. İnanırıq ki, dünya ictimaiyyəti qlobal həmrəylik nümayiş etdirərək pandemiyaya qalib gələcək və bəşəriyyət yenə də əvvəlki gözəl günlərə geri dönəcəkdir. Maya Əliyeva, Mahmudavar kənd tam orta məkltəbi Вернуться назад |