Главная > Siyasət > Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib

Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib


12-12-2017, 19:43. Разместил: yeni321
Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib


Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Brüsseldə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, ölkəmizin NATO yanında daimi nümayəndəliyinin və yerli diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan danışaraq, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu diqqətə çatdıran səfir F.İsgəndərov dahi şəxsiyyətin siyasəti və siyasi nailiyyətlərinin daim yaşadılmasının önəmini qeyd edib, bütün həmvətənlərimizi Heydər Əliyev irsinin qorunub saxlanılmasında yaxından iştirak etməyə səsləyib.

Mərasimdə çıxış edənlər də Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminliklərini ifadə ediblər.
шаблоны для dle 11.2
Вернуться назад