Главная > Siyasət > Masallıda "Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" mövzusunda onlayn görüş keçirilib

Masallıda "Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" mövzusunda onlayn görüş keçirilib


4-06-2021, 19:53. Разместил: yeni321
 Masallıda "Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" mövzusunda onlayn görüş keçirilib 

YAP Masallı rayon təşkilatı 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar "Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" mövzusunda onlayn görüş keçirmişdir.
İlk öncə tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının aktiv gənci Bəxtim Qarayev açmış, görüş iştirakçılarını salamlamış və geniş nitq üçün sözü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevə vermişdir.
 Seyfəddin Əliyev Milli Qurtuluş günü barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonra YAP Masallı rayon təşkilatının fəallarından Gülşən Xəlilova, Rəmzi Şahverdiyev, Nemət Abdullayev, Qumral Razalı, Xanım Əliyeva və başqaları çıxış etmişlər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад