Главная > Siyasət > Masallıda Vətən müharibəsinin iştirakçısı ilə onlayn görüş keçirilib
Masallıda Vətən müharibəsinin iştirakçısı ilə onlayn görüş keçirilib8-06-2021, 19:20. Разместил: yeni321 |
“Qəhrəmanlarımızı tanıdaq” layihəsi davam edir Masallıda Vətən müharibəsinin iştirakçısı ilə onlayn görüş keçirilib “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsinin növbəti qonağı – Vətən müharibəsinin iştirakçısı Əli Alışlı ilə onlayn görüş keçirilib. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. II Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı Əli Alışlı çıxışında qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Vətən müharibəsi iştirakçısı Əli Alışlı keçdiyi döyüş yolu barədə məlumat verib, xatirələrini görüş iştirakçıları ilə bölüşüb. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. www.yeniheyet.az Вернуться назад |