Главная > Siyasət > Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var

Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var


12-12-2017, 19:54. Разместил: yeni321
Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var


Dekabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə vilayətin qubernatoru A.Jilkin, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, təhsil naziri V.Qutman, şəhərin meri O.Polumordvinov, qubernatorun müşaviri İ.Mirişov, vilayətin Nərimanov rayon bələdiyyəsinin başçısı V.Aldcanov, Azərbaycan diasporunun rəhbəri Ə.Hüseynov, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin təmsilçiləri, vilayətin iş adamları, diaspor üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoyublar. 
Sonra Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə anım mərəsimi keçirilib.
Mərasimdə çıxış edən vilayətin qubernatoru A.Jilkin, təhsil naziri V.Qutman, şəhərin meri O.Polumordvinov, qubernatorun müşaviri İ.Mirişov, Azərbaycan diasporunun rəhbəri Ə.Hüseynov, məktəbin direktoru T.Tixomirova və şagirdlər Heydər Əliyevin fəaliyyəti, Ulu Öndərin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.
Bildirilib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olub. Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev ölkəmizin dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanıb. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, onun dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.
Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz Ulu Öndərin adını daşımasından fəxr etdiklərini bildiriblər.
Bununla yanaşı, həmin gün vilayətin rəhbərliyi və rəsmi qonaqlar Heydər Əliyev adına 11 nömrəli orta məktəbin qarşısındakı ərazidə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş və ümumi sahəsi 5 min kvadratmetr olan Azərbaycan İş Mərkəzinin açılışı üçün aparılan tamamlama işləri ilə tanış olublar.шаблоны для dle 11.2
Вернуться назад