Главная > Siyasət > Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər
Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər9-06-2021, 16:11. Разместил: yeni321 |
Azərbaycan-Türkiyə: davamlı inkişaf edən münasibətlər Dünyada analoqu olmayan qardaşlığın, ən çətin anların sınağından çıxan, Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu birlik, qardaşlıq bütün sahələrdə olub: həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Türkiyənin televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günündə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirmişdir ki, ərazi bötövlüyümüz bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”. Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”. Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: “Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. Türkiyə Böyük Millət Məclisi olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”. Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Bunu isə işğalçı Ermənistan niyə də qəbul etmir? Çünki bu birlik, həmrəylik Qələbə Zəfərində bir daha özünü göstərdi, göstərdi ki, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır. Səkinə Ağayeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi Вернуться назад |