Главная > Siyasət > YAP Masallı rayon təşkilatında onlayn görüş

YAP Masallı rayon təşkilatında onlayn görüş


11-06-2021, 19:00. Разместил: yeni321

“Vətənin yeganə ümid yeri, qurtuluş çırağı”

  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Vətənin yeganə ümid yeri, qurtuluş çırağı” mövzusunda onlayn görüş keçirmişdir.
Onlayn görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirtakçılarını təbrik etmiş və qeyd etmişdir ki, bu gün ölkəmizdə hər bir tarixi günü Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə, rəşadətli Ordumuzun əsgər və zabitlərimizin igidliyi ilə, Qarabağı işğaldan azad etməsi sevinci ilə qeyd edirik. Bu qələbə “Dəmir yumruq” siyasətinin qələbəsi, xalqımızın müstəqillik arzularının gerçəkləşməsi idi. Bu yol - 15 iyun, 1993-cü il Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın, dövlətimizin xilas olmaq yolunun daha möhkəm olmasını davam etdirən Ali Baş Komandanımızın Qarabağı özümüzə qaytarmasının Milli Qurtuluşdan başlanılan yolu idi. Bu yol Azərbaycan xalqının, ilk növbədə, dövlətçiliyini itirməkdən xilas olduğu yol idi. 28 il əvvəl uçuruma gedən xalqın əlindən Ulu Öndər Heydər Əliyev tutdu. Dahi Öndər ikinci dəfə siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi, həm də müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Belə bir deyim var: “Adını tarixə yazanlar, adı ilə tarixi yazanlar”. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. O, müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır.
Seyfəddin Əliyev ölkəmizin əldə etdiyi uğurlardan qazanılan nailiyyətlərdən və qələbələrdən söz açaraq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə sevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi və 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili kimi yazılması, Qarabağı işğaldan azad etməsi, məhz son 17 ildə Prezident, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik siyasəti, güclü, Müzəfər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti ilə qalibiyyət əldə etdik.
Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, ilk partiya təşkilat sədrlərindən Vidadi Nəzərov, Dilbər İbayeva, partiya fəallarından Nazilə Hüseynova başqaları çıxış edərək ölkəmizdə 1993-cü il 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sonsuz minnətdarlıq hissi ilə xatırlanır, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixi böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür deyə qeyd etmişlər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад