Главная > Siyasət > Masallıda Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub

Masallıda Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub


15-06-2021, 19:53. Разместил: yeni321
Masallıda Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub 

Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Pandemiya qaydaları gözlənilməklə əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının,, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən tarixi fotoşəkillərə, sənədlərə baxış keçirilib.


 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад