Главная > Siyasət > Masallıda Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri ziyarət olunub

Masallıda Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri ziyarət olunub


15-06-2021, 19:55. Разместил: yeni321
 Masallıda Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri ziyarət olunub 

İyunun 15-də ara məsafəsi gözlənilməklə Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkında Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri böyük ehtiramla ziyarət olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri şəhərimizin Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində igidlik nümunəsi göstərən 246 masalılı şəhidin adları olan abidənin önünə təzə-tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад