Главная > Siyasət / İqtisadiyyat / Təhsil > Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib
Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib15-06-2021, 20:31. Разместил: yeni321 |
Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib Masallı rayonunun Çayqıraq kəndində, kənd ümumi orta məktəbinin qarşısında Birinci Qarabağ və Vətən müharibəsi döyüşlərində şəhid olmuş kənd sakinlərinin xatirəsinə inşa edilən Şəhidlər abidəsinin açılışı olub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla anıblar. Abidəyə 1941-45-ci illər Böyük Vətən müharibəsinin 29 nəfərinin, Birinci Qarabağ döyüşlərinin 2 iştirakçısının və 1 Vətən müharibəsinin ad və soyadları həkk olunub. Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov, kənd sakinləri və başqaları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd olunub ki, şanlı Zəfər tarixini yazan Vətən igidləri hər zaman, əbədi olaraq xalqımızın qəlbində yaşayacaq. Sakinlər şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına öz minnətdarlıqlarını bildiriblər. www.yeniheyet.az Вернуться назад |