Главная > Siyasət > Xalqın, dövlətçiliyimizin pasibanı

Xalqın, dövlətçiliyimizin pasibanı


18-06-2021, 15:59. Разместил: yeni321
Xalqın, dövlətçiliyimizin pasibanı
 
            XX əsrdə Azərbaycan xalqı onun müstəqil dövlətinin yaradıcısı olan Heydər Əliyev kimi bir düha yetişdirdi. Bu dahi insan isə yenicə dövlət müstəqilliyini bərpa edən bir xalqı bütün dünyaya tanıtdı.
            Ötən əsrin doxsanıncı illərində sovetlər dönəminin dağılmasından istifadə edən xalq bir göz qırpımında hakimiyyətə keçən oyunbaz, idarəçilikdə şəriştəsi  olmayan bir qrup cəbhəçilərin dövlət müstəqilliyimizi yenidən uçuruma apardığını hiss etdi. Məram-məqsədi bilinməyən bu dəstənin əməlləri tezliklə özünü göstərdi. Torpaqlarımızın bir hissəsi – Qarabağ və ətrafındakı yeddi rayon  erməni vandalları tərəfindən işğal olundu. Ölkənin iqtisadiyyatı çökdü. Hərc-mərclik, xaos ölkəni bürüdü. Vətənin müqəddəsliyini başa düşməyən dəstələr Azərbaycanın parçalanmasına şərait yaratdılar.
           Xalq vəziyyəti başa düşdü və siyasi sayıqlığı, yüksək cəsarətli, iradəli, idarəetmə bacarığına malik Heydər Əliyevi ölkəni bu ağır vəziyyətindən xilas etmək üçün köməyə çağırdı. Xalqına arxalanan  Heydər Əliyev bu missiyanı boynuna götürdü və doğma Vətənini vətəndaş müharibəsindən xilas etmək üçün bütün qüvvə və bacarığından istifadə etdi. Öklənin bütün sahələrində islahtlara yol açıldı.
           Təhsildə səhiyyədə, iqtisadiyyatda, bir sözlə, ölkənin bütün həyatında dirçəliş baş verdi, müstəq dövlətçiliyimizin əsasları üçün bünövrə yaradıldı.
Nəinki Zaqafqaziyada, Orta Asiya və müstəqilliyi bərpa edən digər ölkələrdə də heç kimin ağlına gəlməyən və ya həyata keçirməyə siyasi bacarığı çatmayan dövlət başçıları da  bu addımı atmağa, yeni layihələrə  imza atmağa cürəti çatmadı.
           Ulu Öndər çox yaxşı görürdü ki, dövlətçiliyi möhkəmləndirmək, xalqın firavanlığını təmin etmək üçün yeni islahatlar həyata keçirilməli, yeni iqtisadi yollar tapılmalıdır.
Bunun üçün hakimiyyətə yeni qüvvələr gətirilməli, ölkənin idarə etməsini onlara tapşırılmalıdır.
Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri çəkilişi kimi qlobal layihələrin fəal iştirakçılarına çevrildi. Bununla da həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. İlk növbədə ordu quruculuğuna önəm verildi. Bu nailiyyətlər isə Azərbaycanı məhv olmaqdan xilas etdi. Dövlət müstəqilliyimizi daimi əbədi etdi.
          Odur ki, 15 iyun Azərbaycan dövlətçiliyinin tarixində Qurtuluş günü kimi yer aldı.
           15 iyun –  Azərbaycan xalqının Milli Qurtuluş günü ilə bağlı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Prezidentlik etdiyi 1993-2003-cü illər xalqımız və dövlətçiliyimiz üçün çox böyük əhəmiyyətli illər olmuşdur.
Müstəqilliyimizin, dövlətçiliyimizin  əsasları qoyulmuş və möhkəmləndirilmişdir. Bu gün ölkənin bütün uğurlarını Ulu Öndərin siyasi varisi cənab Prezidentimiz, müzəffər  Ali Baş Komandan  İlham Əliyev tərəfindən yeni zirvələrə yüksəlmişdir.

Ərəstun ƏBİLOV, 
AJB-nin üzvü.шаблоны для dle 11.2
Вернуться назад