Главная > Siyasət > Azərbaycan -Türkiyə dostluğu

Azərbaycan -Türkiyə dostluğu


18-06-2021, 16:03. Разместил: yeni321
Azərbaycan -Türkiyə dostluğu
 
Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Prezident İlham Əliyev bildirib ki, "Bu zəfər tarixi zəfərdir”  Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi: “Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə Paradında çıxışı zamanı bildirib ki, Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir: “20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir”.“Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş «İki dövlət, bir millət» devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı, Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və toxunulmazdır. Bayraqlarımızın birlikdə qorunması dövlətlərimizin sarsılmaz ittifaqının, ordularımızın möhkəm birliyinin, xalqlarımızın əbədi qardaşlığının əməli təntənəsidir. Bu möhtəşəm birliyi qoruyub saxlamaq, atacağımız hər addımla daha da möhkəmləndirmək, əbədiyyətə qədər yaşadaraq nəsillərdən-nəsillərə qədər davam etdirmək müqəddəs borcumuzdur
 
Qoşqar Əliyev - Təzə Alvadı kənd sakini                 шаблоны для dle 11.2
Вернуться назад