Главная > Siyasət > Azərbaycan Turkiyə əlaqələri
Azərbaycan Turkiyə əlaqələri18-06-2021, 16:08. Разместил: yeni321 |
Azərbaycan Turkiyə əlaqələri Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir. Bu, ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi "tək millət - iki dövlət" təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə Respublikasının Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl olaraq verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirir, bu addımların belə çətin və məsuliyyətli günlərdə əvəzsiz kömək olduğunu dünya ictimaiyyəti qarşısında açıq şəkildə bildirir. Azərbaycan və Türkiyə münasibətləri haqqında danışarkən yalnız bu gündən söhbət açmaq düzgün olmazdı. Çünki bu iki dövləti bir-birinə bağlayan köklər minilliklərə dayanır. Əlbəttə ki, bütün tarixi analiz etmək fikrim yoxdur. Dədə Qorquddan Koroğluya qədər, Mövlanədən Nəsimiyə qədər, Nuru paşadan, Çanaqqala savaşından, Əhməd Cavadın az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz”-inə qədər həddindən artıq ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bir-birinə bağlı olan ikinci belə bir nümunə tanımıram. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söylərkən, bu ifadədə qardaş bağlılığını hiss edə bilərik. Vazeh Axundov - Şərəfə kənd sakini Вернуться назад |