Главная > Siyasət > Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilib

Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilib


23-06-2021, 16:54. Разместил: yeni321
Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilib 

Masallı rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə onlayn tədbir keçirilmişdir.
Vidoemüşavirədə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və başqaları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısı cənab Şahin Məmmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək göstərmişdir ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Virtual tədbirdə Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenatı Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Camal Hüseynov və başqaları çıxış edərək bildirmişlər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
RİH başçıcsı Ş.Məmmədov yekun çıxışı etmişdir. Rayon rəhbəri həmçinin tədbirdə koronavirus pandemiyasına qarşı görülən birgə uğurlu işlərdən-xüsusi karantin rejimi günlərində qaydaların tətbiqinə nəzarət, vaksinləşmə, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və kənd təsərrüfatı işlərinin gedişindən geniş bəhs edib.
Son günlər rayonda, eləcə də şəhər ərazisində görülən abadlıq-quruculuq işlərindən də bəhs edilib, qarşıda duran vəzifələrdən danışılıb.
Sonda rayon İcra hakimiyyətinin başçısı bir qrup dövlət qulluqçusunu dövlət qulluğunda fərqləndiklərinə görə fəxri fərmanla təltif edərək bir qrup dövlət qulluqçusunun ixtisas dərəcəsini artırmışdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад