Главная > Siyasət > YAP Masallı rayon təşkilatının nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər

YAP Masallı rayon təşkilatının nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər


25-06-2021, 12:13. Разместил: yeni321
YAP Masallı rayon təşkilatının nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər 

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şahbazov Kənan Natiq oğlu, Bağırov Namiq Nürəddin oğlu, Ağayev Ağamalı Şamil oğlu, Vəliyev Məhəmməd Nail oğlu və Gözəlov Ziya Zahid oğlunun məzarı Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşları və fəal YAP üzvləri tərəfindən ziyarət olunub.
Şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və qısa vaxtda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, onların xatirəsinin heç vaxt unudulmayacağı bildirilib.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад