Главная > Siyasət > Masallı RİH başçısı 1941- 45-ci illərdə həlak olmuş hişkədərəlilərin abidə kompleksini ziyarət edib

Masallı RİH başçısı 1941- 45-ci illərdə həlak olmuş hişkədərəlilərin abidə kompleksini ziyarət edib


24-06-2021, 14:04. Разместил: yeni321
RİH başçısı Şahin Məmmədov 1941-45-ci illərdə həlak olmuş hişkədərəlilərin abidə kompleksini ziyarət edib
 
İyunun 24-də, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və onu müşaiyət edənlər kənd tam orta məktəbinin qarşısındakı 1941-45-ci illər müharibəsində həlak olanların yenicə əsaslı təmirdən çıxmış abidəsini ziyarət ediblər.
Xalqımızın hərb tarixində adları fəxrlə çəkilənlərin abidəsi önünə qərənfillər qoyulub.
Ziyarətçilərin qəhrəmanlarımızın döyüş yolu ilə bağlı fikirləri dinlənilib. Faşizmin yer üzündən silinməsində xüsusi igidlik göstərən hişkədərəlilərin xatirəsinin heç vaxt unudulmayacağı bildirilib. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Şahin Hüseynovun, Natiq Həşimovun, Vüqar Əliyevin, Elşad Ağayevin, Zaur Hüseynovun, İbrahim Lələyevin, Rahid Sadıxovun, Vüsal Məhərrəmovun qəhrəmanlığı xalqın başucalığına nümunə göstərilib.
 
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад