Главная > Siyasət > “Ordumuz qürur mənbəyimiz” – Masallıda onlayn görüş
“Ordumuz qürur mənbəyimiz” – Masallıda onlayn görüş25-06-2021, 15:40. Разместил: yeni321 |
YAP Masallı rayon təşkilatı onlayn görüş keçirib Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordumuz qürur mənbəyimiz” mövzusunda onlayn görüş keçirmişdir. Onlayn tədbir öncəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüş iştirtakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız dövlət müstəqilliyimizin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilir. Seyfəddin Əliyev ordumuzun əldə etdiyi uğurlardan, qazanılan nailiyyətlərdən və qələbələrdən söz açaraq bildirib ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü 44 günlük müharibədə tarixi Qələbə ilə əldə etdi. Bu möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Biz bu gün tam əminliklə deyə bilərik ki, uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Fəal YAP üzvü Gülcahan Vəkilzadə məruzə ilə çıxış edərək ölkəmizdə 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Görüşdə I Qarabağ müharibəsi qazisi Nahid Rəhimov, II Qarabağ müharibəsi qazilərindən Cəmaləddin Məmmədov, Daməd İbrahimli çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və qısa vaxtda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, keçdikləri döyüş yolundan danışıblar. www.yeniheyet.az Вернуться назад |