Главная > Siyasət / Manşet > Masallıda Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir

Masallıda Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir


26-06-2021, 14:20. Разместил: yeni321
Masallıda Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir 

Masallı şəhər Qəhrəmanlar Parkında pandemiya qaydaları gözlənilməklə, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün yaranmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazi və müharibə veteranları, ictimaiyyət nümayəndələri Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masalılı şəhidin adları həkk olan abidənin önünə gül dəstələri düzməklə onlara dərin hörmət və ehtiramlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov geniş nitqində qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərin siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinin ən yaddaqalan səhifəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş igidlərimzlə, qazi əsgər və zabitlərimizlə daim fəxr edirik. -Biz sizi şəhid olmağa göndərməmişdik. Sizi Vətən müharibəsinə ona görə göndərmişdık ki, şəhidlərimizin qisasını alasınız, vüqarımızı, millətimizin qürurunu qaytarasınız. Ali Baş Komandanımız İlham Əliyev 44 günlük müharibə dövründə 200 ildən sonra xalqına Qələbə sevincini yaşatdı. Bu gün biz Qalib Ölkənin vətəndaşlarıyıq...- deyə icra başçısı bildirib.
Sonra Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid-Aprel döyüşçüsü Nurlanın və «Vətən Müharibəsi Qəhrəmanı», şəhid gizir İntiqam Əsgərlinin anası Ziba Əsgərova və başqaları çıxışlarında Ümummilli liderimiz Heydər Əliyevin hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin, qazilərimizin hünərindən söz açıblar. Natiqlər qeyd ediblər ki, ölkəmizdə, o cümlədən Masallıda şəhidlərə ehtiram, ailələrinə dövlət səviyyəsində diqqət və qayğı hər an göstərilir. Bu gün bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.
Sonra RİH başçısı Şahin Məmmədov bir daha Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən danışıb, bu qələbənin əldə olunmasında öz həyatlarını və sağlamlıqlarını itirən insanlara, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə, onların ailələrinə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.
İlkin mərhələdə 144 masallılı əsgər və zabitimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə sahib olduqları orden və medalların (sağlığında və ölümündən sonra) təqdimatı olub.
Tədbirin sonunda rayon rəhbəri şəhid ailələri və qazilərin sosial vəziyyəti ilə maraqlanıb, onlarla söhbət aparıb, məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 


                               
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад