Главная > Siyasət > AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI VƏ İNKİŞAF TARİXİ
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI VƏ İNKİŞAF TARİXİ30-06-2021, 11:54. Разместил: yeni321 |
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI VƏ İNKİŞAF TARİXİ Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. O dövrdə ümummilli liderimizin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin də başlanğıcı oldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası ilə həmsərhəd əraziləri nəzarət altına götürüldü, etibarlı müdafiə sistemi yaradıldı. 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrildi. Dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi və dahi liderin uzaqgörən siyasəti nəticəsində Naxçıvan düşmən hücumlarından qorundu. Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ordu quruculuğunda genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanıldı, hərbi təhsil sistemi yenidən quruldu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etdilər. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Cənab Prezident İlham Əliyev demişdir - " Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlarda ölkəmizlə fəxr edərdilər". Bəli, 100 yaşlı Azərbaycan dövləti və Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində fəxr ediləsi, qürur duyulası bir səviyyədədi və həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur. Bu uğurlar dövlətimiz və dövlətçiliyimiz naminə görülən işlərin davamı, gələcək nailiyyətlərin isə başlanğıcıdır. Aytən Şükürova, Dəmirçi kənd ümumi orta məktəbin direktoru Вернуться назад |