Главная > Siyasət / Manşet > Tarixi ədalətin bərpası gələcək nəslə qalmadı

Tarixi ədalətin bərpası gələcək nəslə qalmadı


30-06-2021, 12:23. Разместил: yeni321
Tarixi ədalətin bərpası gələcək nəslə qalmadı

İki əsrə yaxın bir müddətdə Azərbaycan xalqı bədnam qonşuları tərəfindən maddi və mənəvi əziyyətlərə düçar olub, zaman-zaman faciələrlə qarşılaşırdı. Keçən əsrin on beş-iyirminci illərində bu faciə xalqımızı sarsıtdı. Torpaqlarımızın xeyli hissəsi hesabına Ermənistan Sovet Respublikası yaradıldı. Lakin soy kökü məlum olmayan ermənilər ədalətsiz iddiasından əl çəkmir, dənizdən-dənizə olan torpaqları “tələb” edib. “Böyük Ermənistan” dövləti xülyası ilə dünya ictimaiyyətinə yalan “həqiqətləri” çatdırmaqda idi.
Əsrlərdir ki, onlar azərbaycanlıları qırır, maddi və mənəvi sərvətlərinə yiyələnir. “Öz adımı sənə qoydum, səni yana-yana qoydum”, deyib hər an işğalçılıq istəyindən əl çəkmək istəmir.
Ötən əsrin doxsanıncı illərində müstəqilliyi bərpa edən Azərbaycan yenidən faciəli günlərini yaşadı.  Arxalı köpək qurd basar, deyirlər. Xain düşmən bu dəfə də məqamdan istifadə etməyi bacardı. Qarabağda yerləşən rus ordusunun zirehli silahlarından istifadə edib daha böyük faciələrə yol açdı.
Torpaqlarımızın 20 faizini işğal edib, bir milyon soydaşımızı qaçqın, köçkün etməyə nail oldu. Dünyanın ən dəhşətli Xocalı faciəsini yaratdı. Qarabağ və onun ətraf rayonlarını dağıdıb yerlə yeksan etdi. Xalqımızın Şuşa kimi mədəniyyət və incəsənət mərkəzini, Ağdam, Füzuli, Laçın, Kəlbəcər kimi şəhərlərimizi tanınmaz hala saldı.
Ən çətini bu idi ki, dünyanın fövqəl dövlətləri tarixi ədalətsizliyə göz yumur, əsil həqiqəti gizlətmək, ermənilərə maddi və mənəvi “dayaq” olub onları haqlı xalq kimi qoruyurdular.
İşğaldan 30 ilə yaxın bir tarix ötürdü. Dünyanın çox böyük siyasətçisi, xalqını özündən çox sevən Azərbaycanın Ümummilli lideri Heydər Əliyev bu işğala son qoymaq, Qarabağı sülh yolu ilə azad etmək üçün danışıqlara körpü qoyurdu. Bilirdi ki, erməni çətin xalqdır, onu sülhə gətirmək mümkünsüzdür. Odur ki, ölkənin iqtisadiyyatını möhkəmləndirmək, xaricdə Azərbaycanın imicini artırmaq, ordu quruculuğunu önə çəkmək üçün bütün bacarığını sərf etdi.
Hakimiyyətə gələn cənab İlham Əliyev bu xətti daha da inkişaf etdirərək  siyasi varis kimi özünü təsdiqlədi. Siyasi arenada Qarabağ torpaqlarının Azərbaycanın  əzəli torpaqları olduğu kimi tarixi dəlillərlə  sübut etməyə çalışırdı. Lakin düşmən heç nəyə məhəl  qoymadan hər gün  torpaqlarımızdan kənd və şəhərləri atəşə tutur, dinc əhalini qırmağa, yeni torpaqlar əldə etməyə çalışırdı.
Ancaq Azərbaycan ötən əsrin 90-cı illərindəki dövlət deyildi. Respublikamız hünəri, cəsarəti, güclü ordusu və düşməni məhv etməyə imkanı olan dövlətə çevrildi. Xüsusilə 2015-ci ildən başlayaraq düşmən gücümüzü dəfələrlə hiss etmişdi. Ancaq rəzil qonşu mənəm-mənəmlik hissindən qurtula bilmirdi.
Ölkə rəhbəri iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistanın qorxulu müharibə təhlükəsini bildirdi. Lakin ümid yenə xalq-Prezident birliyinə qalırdı. Sentyabrın 27-də Azərbaycanın səbr kasası doldu. Düşmən özü buna şərait yaratdı. Qarabağ torpaqlarını işğaldan qurtarmaq, tarixi ədaləti bərpa etmək məqamı çatmışdı. Ölkə rəhbəri bu məqamdan cəsarətlə istifadə edib xalqla birləşib dəmir yumruq yaratdı və bu yumruqla düşmənin belini qırdı, dünyadakı “imici”nə son qoydu. Bir əsrdən çox davam edən tarixi ədaləti bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr günü münasibətilə etdiyi çıxışında bu məsələyə bir daha diqqət yetirərək bu tarixi ədalətin vaxtında həll olunduğunu, gələcək nəslə saxlamadığını bir daha xalqımıza çatdırdı.  Ölkə rəhbəri Azərbaycan ordusunun bundan sonra daha da gücləndiriləcəyi, ən müasir silahlarla təchiz ediləcəyinin vacibliyini vurğuladı. Bu bizdə vətənpərvər ruhunun daha da yüksəldilməsini tələb edir.

Akif AĞAYEV,
“Yeni həyat” (Masallı) qəzetinin baş ədəbi işçisi.
 
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад