Главная > Siyasət > Masallıda polis işçilərinin peşə bayramı qeyd olunub
Masallıda polis işçilərinin peşə bayramı qeyd olunub2-07-2021, 18:52. Разместил: yeni321 |
Masallıda polis işçilərinin peşə bayramı qeyd olunub Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində polis işçilərinin peşə bayramı qeyd olunub. Ara məsafəsi gözlənilməklə əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib. Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan söhbət açan Ş.Məmmədov Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə hər il iyulun 2-sinin polis işçilərinin peşə bayramı günü təsis edildiyini diqqətə çatdırıb, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri qeyd edib. Sonra Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenatı Azay Ağayevin məruzəsi dinlənilib. Tədbirdə Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, igid döyüşçülər yetişdirən iki şəhid anası Ziba Əsgərova, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı RPŞ-nin, rayon icra hakimiyyətinin Fəxri fərman və hədiyyələri təqdim edilib. Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısı Ş.Məmmədov yekunlaşdırıb. |