Главная > Siyasət > Masallıda Vətən Müharibəsi Qəhrəmanı medalı şəhidin ailəsinə təqdim olunub

Masallıda Vətən Müharibəsi Qəhrəmanı medalı şəhidin ailəsinə təqdim olunub


7-07-2021, 20:45. Разместил: yeni321
Masallıda Vətən Müharibəsi Qəhrəmanı medalı şəhidin ailəsinə təqdim olunub 

Masallı şəhər Heydər Əliyev Mərkəzində Viləş kəndindən olan İntiqam Əsgərliyə (ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı medalının təqdimedilmə mərasimi keçirilib.
Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimai və dini təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra rayon icra hakimiyyətinin başçısı Ş.Məmmədov geniş nitqində qeyd edib ki, Vətən müharibəsi zamanı Masallı 61 şəhid verib. Şəhidlərimizin 50 nəfəri rayon ərazisində, 11 şəhid isə Azərbaycanın digər şəhər və rayonlarında dəfn edilib. 11 şəhidimizin bir nəfəri - Rahid Vahid oğlu Sadıxov Hişkədərə kənd qeydiyyatında olsa da, Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə ölümündən sonra layiq görülmüşdür. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri general-leytenant, 3 nəfəri general-mayor, 10 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 18 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. Digər 1 hərbi qulluqçunun xidmətdə olunduğu silahlı dəstə isə gizli saxlanılır. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri – polkovnik-leytenant Ramiz Cəfərov və Viləş kəndindən olan gizir İntiqam Əsgərli Masallı rayonundandır. Bildirirk ki, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adının təsis edilməsi haqqında qanunda göstərilir ki, Vətən Müharibəsi Qəhrəmanı adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
-Bu gün Viləş kəndindən olan İntiqam əsgərlinin Vətən Müharibəsi Qəhrəmanı medalının təqdimedilmə mərasiminə yığışmışıq. Onlar 44 gün müharibə zamanı yeni tarix yazdılar. 30 illik həsrətə son qoyuldu. Azərbaycanın inkişafı davam edəcək. Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən müharibə iştirakçıları hər cür qayğı ilə əhatə olunublar. Mən dəfələrlə şəhid İntiqam Əsgərlinin boy atdıqı, yaşadığı, tərbiyə aldığı evdə olmuşam,-deyə icra başçısı qeyd edib.
Rayon rəhbəri tədbirdə iştirak edən İntiqamın ata-anasına müraciət edib, onların Vətən üçün gözəl, vətənpərvər övladlar böyütmələrindən, şəhid valideynlərinin məğrur, gözütox, nümunəvi olmasından danışıb:”Allah şəhidlərimizin uyuduğu yerləri behişt eləsin.”
Rayon rəhbəri Ş.Məmmədov İ.Əsgərlinin Vətən Müharibəsi Qəhrəmanı medalını bir neçə ay bundan qabaq dünyaya gələn övladı İntiqamın yaxasına sancıb.
Təbbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon prokuroru Vəli Mustafayev, rayon məhkəməsinin sədri Firdovsi Əliyev, rayon polis şöbəsinin rəisi, polkovnik-leytenant Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, mərkəzi rayon xəstəxanası publik hüquqi şəxsin direktoru Rasim Əzizov, QMİ-nin rayon üzrə qazısı Rəşid Talıbov, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, «Masallı ziyalıları» İctimai Birliyinin sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov və başqaları çıxış edərək yüksək mükafata görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib, İntiqam kimi övladlar böyüdüb tərbiyə edən valideynlərə minnəndarlıq ediblər.
Tədbir iştirakçıları geniş foyedə, Ümummilli Lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdiriblər.
Sonda tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına küçədə olub, yolun asfaltlanması prosesini izləyiblər.
İki şəhid - Nurlan və İntiqamın valideynləri Ziba və Bayram Əsgərovlar övladlarının xatirəsinə göstərilən böyük etimada görə ölkə rəhbəri cənab İlham Əliyevə və icra başçısına hədsiz minnətdarlıq bildiriblər.

www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад