Главная > Siyasət / Təhsil > Masallı şəhərində və Ərkivan qəsəbəsində uşaq bağçalarının tikintisi sürətlənir

Masallı şəhərində və Ərkivan qəsəbəsində uşaq bağçalarının tikintisi sürətlənir


8-07-2021, 20:54. Разместил: yeni321
Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam edir 

Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu sahədə artıq Masallıda da ilk addımlar atılıb. Sahibkarlar öz təşəbbüsləri ilə yerlərdə yeni-yeni binaların bünövrəsini qoyurlar.
Masallı şəhər Qarabağ küçəsində 140 yerlik 4 nömrəli yeni körpələr evi — uşaq-tərbiyə müəssisəsinin tikintisinə 15 may 2021-ci il tarixdən başlanmışdır. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər.
 
İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova tərəfindən inşa olunur.


Ərkivan qəsəbəsində uşaq bağçasının tikintisi sürətlənir 

Xəbər verdiyimiz kimi Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər.
Masallı rayonunun Ərkivan qəsəbəsində100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə cari ildə, 10 may 2021-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
 
Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tanınmış masallılı sahibkarlar Qalib Məmmədov və Qasıməli Qasımov tərəfindən inşa olunur. Sahibkarların hər ikisi əslən bu qəsəbənin sakinləridir. Onların xeyirxah əməlləri ölkəmizdən kənarda da tanınır, rəğbət bəslənilir.
Tikinti obyektində işlər gündən-günə sürətlənir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад