Главная > Siyasət > Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar

Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar


16-07-2021, 16:24. Разместил: yeni321
       Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar

Ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradan həyata keçirilmiş bu tədbirlər əsasən də şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının rifahının yaxşılaşdırılması üçün həyata keçirilir. Bunlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Kompleksin ərazisində 140 yerlik uşaq bağçası da inşa olunub. Burada balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün geniş imkanlar var. Bağçanın qrup otaqları, musiqi və idman zalları uşaqların zövqünə uyğun yaradılıb.
bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir və onlara dövlətin qayğısı daimidir.
“Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib.” Bu fikirləri iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı səsləndirib.Bu fikir onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir və etməyə davam edəcək.

Toğrul İmanverdiyev,
Masallı rayon sakini, fəal gəncшаблоны для dle 11.2
Вернуться назад